Türkiyədə bələdiyyə sədri vəfat ETDİ

Manisadakı evində elektrik cərəyanı vuran Manisa Böyükşəhər bələdiyyəsinin sədri Ferdi Zeyrek 48 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu sosial şəbəkə hesabında paylaşım edib.
“Yaşadığı qəza nəticəsində xəstəxanaya yerləşdirilən və bir müddətdir müalicə alan Manisa Böyükşəhər bələdiyyə sədri Ferdi Zeyrek göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Ona Allahdan rəhmət, ailəsinə, yaxınlarına və sevənlərinə başsağlığı diləyirik”.