Ermənistanın sabiq müdafiə nazirinə qarşı cinayət işi AÇILACAQ

 21:42 09.06.2025     84

Ermənistan parlamentinin sədri Alen Simonyan baş prokuror Anna Vardapetyanın Seyran Ohanyan və Artsvik Minasyana qarşı cinayət təqibinin başlanması ilə bağlı vəsatətini təmin edib.

Redaktor.az xəbər verir ki, artıq “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və fraksiyanın katibi Artsvik Minasyana qarşı cinayət işi başlana bilər.

Parlament sədrinin mətbuat katibi, baş prokuror Anna Vardapetyanın artıq parlamentin Alen Simonyana müvafiq ərizə ilə müraciət etdiyini bildirib. Belə ki, parlament gizli səsvermə yolu ilə cinayət təqibinə razılıq verməlidir.

Qeyd edək ki, söhbət 2010-2015-ci illərdə Qeqarkunik rayonunda 10,5 min kvadratmetr torpaq sahəsinin qanunsuz mənimsənilməsindən gedir.

Ohanyan müdafiə naziri olarkən bu torpağı mənimsəməkdə və büdcə hesabına malikanə tikməkdə ittiham olunur.

Minasyan isə 2016-2018-ci illərdə Təbiəti Mühafizə naziri olarkən Ohanyanın hərəkətlərinə hüquqi qiymət vermək üçün tədbirlər görməyib.