Los-Anceles meri ABŞ hakimiyyətini şəhərdə eksperiment aparmaqda ittiham etdi

Los-Ancelesin meri Karen Bass federal hökuməti şəhərdə iğtişaşlara qarşı tədbirlərlə bağlı eksperiment aparmaqda ittiham edib.
Redaktor.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
O, bildirib ki, Milli Qvardiya və Dəniz Piyadalarının yerləşdirilməsi şəhərin “sınaq meydanına” çevrildiyini göstərir.
“Bu şəxslər bizə saxlanılacağı deyilən insanlar deyil və bu, məndə şəhərimizin eksperimental zona kimi istifadə edildiyi təəssüratını yaradır,” - deyə Bass bildirib.
Mer federal hökumətin müdaxiləsini tənqid edərək qeyd edib ki, belə addımlar yerli və ştat hakimiyyətinin səlahiyyətlərinin pozulması anlamına gəlir.
Aytəkin TOFİQQIZI