İsrail Yəmənə hücum etdi

 10:12 10.06.2025     186

İsrail ordusu Hudeyda limanına hücumu təsdiqlədi.

Redaktor.az "Əl Cəzirə"yə istinadla xəbər verir ki, İsrailin Hərbi Dəniz Qüvvələri Yəmənin Hudeyda şəhərində yerləşən limana raket zərbələri endirdiyini təsdiqləyib. Hücumla bağlı ilk məlumatlar husilərə bağlı media qurumları tərəfindən yayımlanmışdı.

İsrail ordusunun yaydığı rəsmi açıqlamada bildirilir ki, hücumun səbəbi Hudeyda limanının husilər tərəfindən hərbi məqsədlərlə istifadə olunmasıdır.

“İsrailin Hərbi Dəniz Qüvvələrinə məxsus raket gəmiləri Yəmənin Hudeyda limanında husilərə məxsus terror hədəflərini vurub,” – deyə ordunun açıqlamasında qeyd olunub. Bildirilib ki, bu əməliyyat husilərin İsrailə qarşı həyata keçirdiyi dron və raket hücumlarına cavab olaraq həyata keçirilib.

Açıqlamada əlavə olunub: “Zərbələrin məqsədi limanın hərbi məqsədlərlə istifadəsinin qarşısını almaqdır.”

Xədicə BAXIŞLI