"Yandırdığı mangal yanğına səbəb oldu" iddiası ilə 1 nəfər həbs olundu

 18:53 10.06.2025     133

İzmirin Urla rayonunda, şəxsi ərazisində yandırdığı mangal atəşindən çıxan qığılcımların bitişik meşəlik sahəyə sıçrayaraq yanğına səbəb olduğu iddia edilən şəxs həbs edilib.

Redaktor.az xəbər verir ki, İzmirin Uzunkuyu Jandarma Karakol Komandanlığı qrupları, 8 iyun tarixində patrul xidməti zamanı Urla rayonunda bir meşə yanğınının başladığını müşahidə ediblər. Şikayət əsasında dərhal hadisə yerinə İzmir Orman Bölgə Müdürlüyündən qrup göndərilib və yanğın qısa müddətdə söndürülüb. Yanğında 2 hektarlıq ərazi və 22 qızılçam ağacının zərər gördüyü müəyyən edilib.

Araşdırmalar nəticəsində yanğının, ərazisinin bitişiyindəki D.Ç.-nin yandırdığı mangal atəşindən çıxan qığılcımların meşəlik sahəyə sıçraması ilə başladığı məlum olub. D.Ç. saxlanılaraq, hüquqi prosedurların ardından məhkəməyə təqdim edilib və həbs edilib.

Kənan YUSİF