Bayramda 3 milyondan çox qurbanlıq heyvan SATILIB

Türkiyədə Qurban Bayramı münasibətilə 2,5 milyonu xırdabuynuzlu olmaqla 3 milyondan çox qurbanlıq heyvan satıldığı təxmin edilir.
Redaktor.az xəbər verir ki, Türkiyə Qoyun-Keçi Yetiştiriciləri Mərkəz Birliyinin (TÜDKİYEB) Başqanı Nihat Çelik, bayram dövründə həyata keçirilən heyvan satışları ilə bağlı açıqlama verib.
Çelik bildirib ki, ötən illə müqayisədə bu il qurbanlıq satışlarında artım müşahidə olunub:
“Keçən il 2,2 milyonun üzərində xırdabuynuzlu heyvan qurban kəsilmişdi, bu il bu rəqəm təxminən 2,5 milyon civarındadır. Ümumilikdə isə 3 milyonun üzərində qurbanlıq heyvan satıldığını düşünürük".
Çelik, yetişdiricilərin əlindəki heyvanların böyük hissəsinin satıldığını qeyd edib.
Kənan YUSİF