Avstriyada üçgünlük milli matəm elan ediləcək

Avstriyanın Qrats şəhərində məktəbdə baş verən atışma ilə əlaqədar sabahdan üçgünlük milli matəm elan ediləcək.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin kansleri Kristian Stoker bildirib.
“Bu gün baş verənlər milli faciədir. Bu akt bizim hamımıza təsir etdi. Bütün Avstriya milli matəm zamanı qurbanların xatirəsini yad edəcək”, - o vurğulayıb.