Türkiyədə "Coca-Cola"nın fəaliyyəti araşdırılır

Türkiyədə məşhur “Coca-Cola” şirkəti ilə bağlı araşdırma başladılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd olunub ki, Türkiyənin Rəqabət qurumu “Coca-Cola”ya qarşı satış məntəqələrində digər rəqiblərinin satışının qarşısını almaq və çətinləşdirmək məqsədi daşıyan fəaliyyətlə məşğul olması şübhəsi ilə araşdırma aparır.
"Coca-Cola"nın Türkiyədə 2021-ci ildə götürdüyü öhdəliklərə əməl edib-etmədiyi də araşdırılacaq.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə bildiriləcək.