Rusiya və Ukrayna arasında danışıqlardakı irəliləyişi alqışlayırıq - Dövlət Departamenti

Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında aparılan danışıqlarda əldə olunan irəliləyişi alqışlayır.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Biz, təbii ki, hər iki tərəflə ən yüksək səviyyədə sıx əlaqə saxlayırıq. Danışıqlarda uğur, münaqişənin nizamlanmasına doğru atılan addımlar və məhbus mübadiləsini müsbət qiymətləndiririk,” – deyə diplomat qeyd edib.