Medinski Ukraynadakı münaqişəni iki qardaşın davası adlandırdı

Rusiya prezidentinin köməkçisi İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukraynada davam edən münaqişəni iki qardaşın qarşıdurmasına bənzədib.
Redaktor.az xəbər verir ki, onun sözlərini “The Wall Street Journal” yayımlayıb.
“Ukraynadakı münaqişə mənə iki qardaş arasında böyük və kiçik kimin daha ağıllı və daha vacib olduğuna dair mübahisəni xatırladır”, - deyə Medinski bildirib.
Aytəkin TOFİQQIZI