Trampın əleyhdarları ümummilli etiraz elan edirlər

 17:44 11.06.2025     77

ABŞ Prezidenti Donald Trampın əleyhdarları iyunun 14-də ölkə miqyasında ümummilli etiraz aksiyaları keçirəcəklərini elan ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə etirazların təşkilatçıları öz rəsmi internet saytlarında məlumat yayıblar.

“Şəhər məhəllələrindən tutmuş kiçik şəhərlərə, məhkəmə binalarından ictimai parklara qədər biz avtoritarizmi rədd etmək və dünyaya əsl demokratiyanın necə olduğunu göstərmək üçün toplanacağıq”, – bəyanatda qeyd olunub.

Təşkilatçılar aksiyalarını həmin gün baş tutacaq digər əlamətdar hadisələrlə ABŞ Bayraq Günü, Donald Trampın ad günü və Vaşinqtonda ABŞ quru qüvvələrinin 250 illiyi münasibətilə keçiriləcək hərbi paradla əlaqələndiriblər.

Xədicə BAXŞLI