THY 5 ayda 34 milyon sərnişin DAŞIYIB

Türk Hava Yolları (THY) 2025-ci ilin may ayında 7,6 milyon sərnişin daşıyaraq 81,1 faiz doluluq nisbətinə çatıb. Şirkət bu ilin ilk 5 ayında ümumilikdə 34 milyon sərnişinə xidmət göstərib.
Redaktor.az xəbər verir ki, THY-nin Mətbuat xidmətindən verilən məlumata görə, may ayına dair sərnişin və nəqliyyat göstəriciləri açıqlanıb.
2024-cü ilin may ayı ilə müqayisədə təklif olunan oturacaq kilometrini (AKK) 6 faiz artıran şirkət, may ayında 7,6 milyon sərnişin daşıyıb. Xarici xətlər üzrə doluluq 80,6 faiz, daxili xətlərdə isə 86 faiz təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən xaricə transfer sərnişin sayı 11,2 faiz artaraq 2,8 milyona yüksəlib.
Toplam təklif olunan oturacaq kilometri ötən ilin may ayında 21,3 milyard olduğu halda, bu il 22,6 milyarda çatıb.
THY-nin may ayında daşıdığı yük və poçt həcmi isə 5,1 faiz artaraq 183,4 min ton olub.
Kənan YUSİF