Ümit Özdağın həbsdə saxlanmasına qərar VERİLDİ

“Xalqı kin və düşmənçiliyə təhrik və ya alçaltma” ittihamı ilə 4,5 ilədək azadlıqdan məhrum edilməsi istənilən Ümit Özdağ barəsində məhkəmə onun həbsdə saxlanmasına qərar verib. Məhkəmə prosesi 17 iyun tarixinə təxirə salınıb.
Redaktor.az xəbər verir ki, İstanbul 18-ci Asliye Cinayət Məhkəməsi tərəfindən Silivridə keçirilən iclasda təqsirləndirilən şəxs Ümit Özdağ və vəkilləri iştirak ediblər.
Müdafiələrdən sonra Respublika prokuroru işin mahiyyəti üzrə rəyini açıqlayıb.
Prokuror, Özdağın “xalqı kin və düşmənçiliyə təhrik və ya alçaltma” maddəsi üzrə 1,5 ildən 4,5 ilədək həbslə cəzalandırılmasını və həbsdə saxlanmasının davam etdirilməsini istəyib.
Həmçinin, Türk Cəza Məcəlləsinin 53-cü maddəsi əsasında bəzi hüquqlardan məhrum edilməsi də tələb olunub.
Qeyd edək ki, O, 21 yanvar tarixində sosial media paylaşımlarında təhrikedici ifadələrə yer verdiyi üçün həbs edilib.
Kənan YUSİF