Almaniyaya köç edənlərin 26 faizi ölkədən ayrılmağı düşünür

 21:20 11.06.2025     138

Alman İş Bazarı və Peşə Tədqiqatları İnstitutunun (IAB) araşdırmasına görə, Almaniyaya köç etmiş insanların təxminən 26 faizi, yəni 2,6 milyon nəfər ölkədən qalıcı olaraq ayrılmağı düşünür.

Redaktor.az xəbər verir ki, araşdırmada, 300 min nəfərin isə artıq konkret miqrasiya planlarının olduğu bildirilib. Bu fikrin xüsusilə ali təhsilli şəxslər arasında daha çox yayıldığı vurğulanıb.

Sənayedə ölkəni tərk etmə meyli ən çox informasiya və kommunikasiya texnologiyaları sahəsində müşahidə olunur – bu göstərici 39 faiz təşkil edir. Maliyyə sektorunda bu rəqəm 30 faiz, səhiyyə və sosial xidmətlər sahəsində isə 28 faizdir.

Kənan YUSİF