İsrail ordusu son 24 saatda 123 fələstinlini öldürdü

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi hücumlarda daha 123 fələstinli həyatını itirib, 474 nəfər isə yaralanıb.
Redaktor.az xəbər verir ki, Qəzzadəki Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölən və yaralananların sayı durmadan artır. Bildirilib ki, İsrailin 18 martdan bəri, 19 yanvarda əldə olunan atəşkəsi pozaraq həyata keçirdiyi hücumlar nəticəsində 4 min 821 fələstinli həyatını itirib, 15 min 353 nəfər yaralanıb.
Ümumilikdə, 7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 55 min 104-ə, yaralıların sayı isə 127 min 394-ə yüksəlib.
Qəzza zolağında hələ də minlərlə meyitin dağıntılar altında qaldığı qeyd olunur.
Kənan YUSİF