Finlandiya Prezidenti Ukraynaya qoşun göndərilməsini istisna EDİB

 23:21 11.06.2025     134

Atəşkəs razılaşması əldə olunsa, Finlandiya Ukraynaya qoşun göndərməyəcək.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Yaponiyanın NHK telekanalına müsahibəsində deyib.

“Hazırda qoşun göndərmək planı yoxdur”, - o deyib.

Prezidentin fikrincə, onun ölkəsi şimal-şərqi Avropada mühafizə ilə məşğul olmalıdır.

Bundan əvvəl ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həlli planını müzakirə edir. Plana əsasən, Dneprdən qərbə mühafizə qüvvələri yerləşdiriləcək. Onun sözlərinə görə, mühafizə qüvvələrinin heyətinə Avropanın dörd ölkəsinin - Böyük Britaniya, Polşa, Fransa və Almaniyanın kontingenti daxil olacaq.