Cənubi Koreya Şimali Koreya ilə sərhəddə yerləşdirdiyi səsgücləndiriciləri söndürəcək

 23:50 11.06.2025     151

Cənubi Koreya hərbçiləri Şimali Koreya ilə sərhəddə yerləşdirilmiş səsgücləndiricilər vasitəsilə təbliğat xarakterli yayımları dayandırıblar.

Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Bu addımın atılmasında məqsəd Koreya yarımadasında sülhə nail olmaq və etimadı bərpa etməkdir", - məlumatda bildirilib.

Pxenyan səsgücləndiricilər vasitəsilə təbliğat xarakterli yayımları müharibə aktı hesab edir və vaxtilə onları partlatmaqla hədələyib. Yayımlar altı il müddətinə dayandırılsa da, ötən ilin iyununda Pxenyanın zibillə dolu hava şarlarını sərhəd boyunca Cənuba göndərmə kampaniyasına cavab olaraq bərpa edilib.