Çin ABŞ-yə metal tədarükünə 6 aylıq icazə VERDİ

Çin nadir torpaq metallarının ABŞ-yə ixracına qoyulan məhdudiyyətləri müvəqqəti ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, söhbət cəmi altı aydan gedir. Bu müddət ərzində ABŞ ilə münasibətlər yenidən pisləşsə, Çin hakimiyyəti amerikalı istehsalçılara nadir torpaq metallarının tədarükünü yenidən qadağan edəcək.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, tərəflər arasıında saziş tamamlanıb və iki ölkə liderləri bunu təsdiqləməlidir.
Sazişin şərtlərinə əsasən, bütün mövcud tarif dərəcələri qüvvədə qalacaq: ABŞ-yə tədarük edilən Çin mallarına 55 %, Çinə ixrac edilən Amerika mallarına isə 10 % rüsum tətbiq ediləcək. Bundan əlavə, Tramp çinli tələbələrin ABŞ kollec və universitetlərində təhsil almaq hüququnun bərpa olunduğunu açıqlayıb.