Ukrayna iqtisadi və hərbi çöküşlə üz-üzədir

Amerikalı hərbi analitik Skott Ritter Ukraynanın həm iqtisadi, həm də hərbi sahədə ciddi çətinliklər yaşadığını bildirib.
Redaktor.az xəbər verir ki, o, bu fikirlərini “YouTube” platformasında yayımlanan “Glenn Diesen Show” proqramında səsləndirib.
Ritterin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (AFU) hazırda döyüş qabiliyyətini xeyli dərəcədə itirib və ölkənin müdafiə sistemləri, eləcə də sursat ehtiyatları tükənmək üzrədir. Analitik iddia edir ki, hazırkı vəziyyət Rusiya aviasiyasına döyüş meydanında üstünlük imkanı verir.
“Ukrayna iqtisadi cəhətdən də çöküş yaşayır. Kiyev rejimi həlak olan əsgərlərin ailələrinə təzminat ödəyə bilmir, maliyyə resursları tükənib. Bu isə mənəvi ruhun da zəifləməsinə gətirib çıxarır”, - deyə Ritter bildirib.
Onun fikrincə, hazırkı proseslər Ukrayna üçün mənfi nəticələrə səbəb olacaq və münaqişə Rusiya tərəfinin şərtləri ilə başa çata bilər.
Aytəkin TOFİQQIZI