Kanadalı üzgüçü beş gündə üçüncü dünya rekordunu müəyyənləşdirdi

 10:16 12.06.2025     132

Kanadalı üzgüçü Summer Makintoş beş gün ərzində üçüncü dünya rekorduna imza atıb.

Redaktor.az bu barədə "Politico"ya istinadla məlumat verir.

18 yaşlı idmançı Kanada çempionatında 400 metr məsafəyə fərdi qarışıq üzgüçülük növündə dünya rekordu müəyyənləşdirib. O, məsafəni 4 dəqiqə 23,65 saniyəyə qət edərək, əvvəlki  4 dəqiqə 24,38 saniyəlik şəxsi rekordunu üstələyib.

Bu, Makintoşun son beş gündə müəyyən etdiyi üçüncü dünya rekordudur. Bundan əvvəl o, 400 metr məsafəyə sərbəst üsulla və 200 metr məsafəyə fərdi qarışıqda da ən yaxşı nəticəni göstərmişdi.

Aytəkin TOFİQQIZI