Ukrayna Rusiyanın müharibədəki itkilərini açıqladı - ŞOK RƏQƏM

 10:35 12.06.2025     172

24 fevral 2022-ci ildən indiyə kimi Rusiya tərəfi Ukrayna müharibəsində 1 milyon nəfərdən çox itki verib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

İtkilərə ölənlər və yaralananlar daxildir.

Həmçinin çox sayda texnika məhv edilib:

tank – 10 933 ədəd (son sutka ərzində +6),

döyüş zirehli maşınları – 22 786 ədəd (+3),

artilleriya sistemləri – 29 063 ədəd (+47),

hava hücumundan müdafiə vasitələri – 1 184 ədəd (+1),

operativ-taktiki səviyyəli PUA-lar – 40 435 ədəd (+138),

avtomobil texnikası və yanacaq çənləri – 51 715 ədəd (+136).

Bundan əlavə, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsi zamanı aşağıdakı texnikalar da məhv edilib:

416 təyyarə,

337 helikopter,

28 gəmi/qayıq,

1 sualtı qayıq,

3337 qanadlı raket,

1413 reaktiv yaylım atəş sistemləri (RYAS),

3914 ədəd xüsusi təyinatlı texnika.