Keçmiş rusiyalı tennisçi Avropada rusofobiyadan şikayətlənir

 10:50 12.06.2025     107

Keçmiş rusiyalı tennisçi Andrey Çesnokov Avropada rusofobiyadan şikayətlənib.

Redaktor.az xəbər verir ki, bu barədə “VseProSport” məlumat yayıb.

Çesnokov Parisdə yerləşən kafedə baş verən insidenti misal çəkib: “Kök donuz ayağa qalxıb bizə yaxınlaşır: ‘Ukraynalılar deyirlər ki, bütün ruslar (ədəbsiz sözlər) olur.’ Mən ona nə deyə bilərəm, üzünə yumruq vurmaqdan başqa, amma etməmişəm”, - deyə keçmiş tennisçi bildirib.

O, həmçinin əlavə edib ki, bir dəfə Monako hava limanında ondan soruşublar: “Rusiya neçə ukraynalı uşağın həyatına son qoyub?” Çesnokovun sözlərinə görə, bu cür hadisələrlə tez-tez qarşılaşır.

Aytəkin TOFİQQIZI