Zelenski özünü Çörçilllə müqayisə etdi

 11:19 12.06.2025     146

Ukrayna Prezidenti Vladimir Zelenski özünü Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilllə müqayisə edib.

Redaktor.az bu barədə “Politico” ya istinadla məlumat verir. 

Ukrayna lideri Rusiya ilə hazırkı münaqişəni Böyük Britaniyanın İkinci Dünya Müharibəsi zamanı Adolf Hitlerin təcavüzündən müdafiəsi ilə müqayisə edib. Zelenskinin sözlərinə görə, bu çətin dövrdə o da zaman-zaman ümidsizlik hissləri yaşayır. “Hətta Uinston Çörçill də faşistlərlə döyüşərkən ümidsizlik anları yaşadı”, – deyə Ukrayna prezidenti vurğulayıb.

Zelenski qeyd edib ki, hazırda Ukrayna düşmən qoşunlarının aktiv hücumunu dəf etməyə çalışır və bu vəziyyətdə ölkənin müqavimət göstərməkdən başqa yolu yoxdur.

Aytəkin TOFİQQIZI