Ukraynadakı münaqişəyə son qoymaq Trampın əlindədir

 11:48 12.06.2025     147

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün əsas fiqurun ABŞ-nin Prezidenti Donald Tramp olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico” nəşri məlumat yayıb.

Zelenskinin sözlərinə görə, Trampın Rusiya üzərində kifayət qədər təsir imkanları var. Xüsusilə də, Rusiyanın enerji sektoru və iqtisadiyyatının digər sahələrinə qarşı tətbiq oluna biləcək yeni sanksiyalar bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Ukrayna lideri qeyd edib ki, ABŞ-nin tətbiq edəcəyi növbəti məhdudiyyətlər paketi kifayət qədər güclü olarsa, bu, münaqişənin sona çatmasına səbəb ola bilər.

“Hər şey Trampın əlindədir. Qərar vermə sürəti ondan asılıdır”, – deyə Zelenski vurğulayıb.

Aytəkin TOFİQQIZI