Dəhşətli təyyarə qəzasının başvermə anı - VİDEO

Xəbər verdiyimiz kimi, Hindistanın Qucarat ştatının Əhmədabad Hava Limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya düşüb.
Redaktor.az xəbər verir ki, sosial şəbəkədə qəza anının görüntüləri yayılıb.
Qeyd edək ki, “Air İndia” şirkətinə məxsus olan “Boeing 787” tipli təyyarə Londona uçurmuş. Göyərtəsində 242 nəfər olub.
İlkin məlumata görə, təyyarədə olan 242 nəfərdən 10 nəfəri ekipaj üzvü, qalanları isə sərnişinlər olub.
“News18” telekanalının son yaydığı məlumata görə, sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 40-a çatıb.