Təyyarədə olan 242 sərnişindən bir nəfər sağ qalıb - FOTO - YENİLƏNİB

 18:51 12.06.2025     279

Hindistanın qərbində “Air India” aviaşirkətinin qəzaya uğramış “Boeing 787 Dreamliner” təyyarəsinin bir sərnişini sağ qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “News 18” telekanalı məlumat yayıb.

"Polis qəza yerində sağ qalan bir nəfəri aşkarlayıb", - telekanal Əhmədbad polisinin məlumatına istinadən bildirib.

Məlumata görə, o, Hindistan vətəndaşıdır və hazırda xəstəxanadadır.

Daha əvvəl göyərtədə olan 242 nəfərin hamısının həlak olduğu bildirilmişdi.

***

16:35

“Görünən odur ki, qəzaya uğrayan təyyarənin göyərtəsində sağ qalan yoxdur”.

Redaktor.az “Associated Press“ə istinasən xəbər verir ki, bunu Hindistanın Əhmədabad vilayətinin polis komissarı bildirib.

O əlavə edib ki, təyyarənin yaşayış məntəqələri və ofislərin sıx yerləşdiyi əraziyə düşməsi yerli sakinlər arasında da ölənlərin olduğunu deməyə əsas verir:

“Hazırda yekun rəqəmlərlə bağlı dəqiqləşmələr aparılır”.

Qeyd edək ki, “Air İndia” şirkətinə məxsus olan “Boeing 787” tipli təyyarə Londona uçurmuş. Göyərtəsində 242 nəfər olub.

İlkin məlumata görə, təyyarədə olan 242 nəfərdən 10 nəfəri ekipaj üzvü, qalanları isə sərnişinlər olub.

***

14:38

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Xarici KİV-in məlumatına görə, yerli polis təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyünü bildirib.

2