Zelenski Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırdı

 15:28 12.06.2025     75

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı sülhə məcbur etmək üçün ona qarşı beynəlxalq sanksiyaların ciddi şəkildə sərtləşdirilməsinin vacibliyini vurğulayıb.

Redaktor.az xəbər verir ki, Ukrayna lideri bu barədə çıxışını özünün rəsmi Teleqram kanalında yayımlayıb.

Zelenskinin sözlərinə görə, Rusiya ilə sülh sazişinə nail olmaq yalnız iqtisadi təzyiqlərlə mümkündür. O, xüsusilə Moskvanın enerji gəlirlərinə diqqət çəkərək bildirib ki, neft satışından əldə edilən gəlirlər əhəmiyyətli dərəcədə azaldılmalıdır. “Əgər Rusiya neftinin barreli 30 dollardan baha satılmasa, o zaman Moskva birdən-birə daha dinc səslənəcək,” -deyə Zelenski qeyd edib.

O əlavə edib ki, “Rusiya federal büdcəsinin maliyyələşdirilməsinə imkan verən bütün boşluqlar bağlanmalıdır.”

Ukrayna prezidenti həmçinin Çin, Braziliya və Hindistanı Rusiyayla iqtisadi əməkdaşlığı davam etdirməkdə ittiham edib. Onun fikrincə, bu münasibətlər Rusiyanın müharibə aparmaq imkanlarını artırır və münaqişənin dayandırılmasına mane olur.

Aytəkin TOFİQQIZI