"Madleen" gəmisində saxlanılan 2 türk aktivist azad edildi

İsrail qüvvələri tərəfindən saxlanılan və "Madleen" gəmisində olan türk aktivistlər Şuayb Ordu və Yasemin Açar azadlığa buraxılıb.
Redaktor.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Qəzzaya humanitar yardım aparan "Madleen" gəmisindən İsrail tərəfindən saxlanılan Ordu və Açar bu gün sərbəst buraxılıb və İsraildən ayrılıb.
Aktivistləri daşıyan təyyarə Tel-Əvivdəki Ben Qurion Hava Limanından havaya qalxıb.
Kənan YUSİF