Türkiyədə notariatların sayı AÇIQLANDI

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Notariatlar haqqında qanunun yenilənməsinin əsas hədəflərindən biri olduğunu bildirərərək hüquq fakültəsi məzunlarının fəaliyyət göstərəcəyi notariat köməkçiliyi sistemini də həyata keçirəcəklırini deyib.
Redaktor.az xəbər verir ki, Tunç, Türkiyə Notariatlar Birliyinin 54-cü Ümumi Qurultayında çıxış edərək, qədim tarixə malik notariat sisteminin hüquq dövlətinin dayaqlarından biri olduğunu vurğulayıb.
“Keçən il qurduğumuz 40 notariatla birlikdə son 23 ildə 1 154 yeni notariat yaradaraq, 2002-ci ildə 1 231 olan notariat sayını 94 faiz artırmaqla 2 385-ə çatdırdıq",- deyə nazir qeyd edib.
Kənan YUSİF