İraqın şimalında ələ keçirilən çoxlu sayda sursat məhv edildi

 21:51 12.06.2025     136

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pençe" əməliyyatı çərçivəsində, terrorçular tərəfindən istifadə olunan mağarada aşkarlanan çoxlu sayda silah və sursat məhv edilib.

Redaktor.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə, "Pençe" əməliyyatı bölgəsində terrorçulara məxsus olduğu müəyyən edilən mağarada axtarış aparılıb.

Axtarış zamanı ələ keçirilən silah, avadanlıq və sursat zərərsizləşdirilərək istifadəyə yararsız hala gətirilib.

Kənan YUSİF