Daha 6 terrorçu təslim OLDU

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, PKK terror təşkilatının silah buraxma qərarının ardından təslim olan terrorçuların sayı artmaqdadır.
Redaktor.az xəbər verir ki, nazirlik mənbələri bildirir ki, son bir həftə ərzində təşkilatın sığınacaq yerlərindən qaçan daha 6 PKK üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.
Milli Müdafiə Nazirliyi sözçüləri tərəfindən keçirilən həftəlik mətbuat brifinqində qeyd olunub ki, sahədə davam etdirilən uğurlu əməliyyatlar və təzyiqlər nəticəsində təşkilat üzvlərinin motivasiyası zəifləyib, bu isə təslim hallarının artmasına səbəb olub.
Rəsmi mənbələr, mübarizənin hüquq çərçivəsində qətiyyətlə davam etdirildiyini və terrorla mübarizədə hərtərəfli tədbirlərin davam edəcəyini vurğulayıblar.
Kənan YUSİF