Evdən 4 yük maşını zibil, 12 pişik və 3 tısbağa ÇIXDI

 23:19 12.06.2025     176

Türkiyənin Aydın vilayətinin Efeler rayonunda təmizlənən bir evdən 4 yük maşını zibil çıxıb, eyni zamanda evdə 12 pişik və 3 tısbağa aşkarlanıb.

Redaktor.az xəbər verir ki, Orta Məhəllə 209 küçəsində yerləşən, A.D.-yə məxsus evdən gələn pis qoxu səbəbindən sakinlər vəziyyəti polis və bələdiyyə zabitlərinə bildirib.

Əraziyə gələn Efeler Bələdiyyəsi və Rayon Polis İdarəsi Ətraf Mühit, Təbiət və Heyvanları Qoruma Bürosunun əməkdaşları çilingir vasitəsilə evin qapısını açıb.

Evdə pişik və tısbağaların olduğunu görən mütəxəssislər vəziyyəti Aydın Böyükşəhər Bələdiyyəsinə də çatdırıb.

Ev təmizlənərkən 4 yük maşını zibil çıxarılıb. Həmçinin zibillərin arasından 12 pişik və 3 tısbağa tapılıb.

Pişiklər Aydın Heyvan Haqları Təhsil Hərəkatı Dərnəyinin rəhbəri Jale Koç tərəfindən sahiblənilib. Tısbağalar isə Təbiəti Qoruma və Milli Parklar Müdirliyinin əməkdaşlarına təhvil verilib.

Hadisə ilə bağlı evin sahibi qadın və onun oğlu ifadələri alınmaq üçün polis idarəsinə aparılıb.

Kənan YUSİF 

22