Ukrayna münaqişəsinin həlli Trampın əlindədir - Zelenski

 23:36 12.06.2025     118

Rusiya ilə Ukrayna arasında münaqişənin həlli ABŞ Prezidenti Donald Trampın əlindədir.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Hər şey onun əlindədir. Sanksiyalar paketinin nə dərəcədə güclü olacağı ondan asılıdır. Qərarların qəbulu sürəti də ondan asılıdır”, - Zelenski qeyd edib.

Prezidentin fikrincə, Trampın Rusiyaya təzyiq göstərmək üçün lazım olan təsir rıçaqları var.