NATO Rusiya sərhədlərini izləmək üçün peyk sistemi yaradacaq

 23:51 12.06.2025     214

NATO hərbi təlimləri, hərəkətləri və döyüş əməliyyatlarını izləmək üçün yeni peyk müşahidə sistemi hazırlayır.

Redaktor.az xəbər verir ki, bunu NATO Müttəfiq Qüvvələrinin Transformasiya üzrə Ali Komandanı admiral Pyer Vandıe deyib.

Qeyd olunub ki, bu sistemin Ukraynada və Rusiyanın alyansın şərq üzv ölkələri ilə sərhədlərində vəziyyətin monitorinqi üçün istifadə ediləcəyi planlaşdırılır.

Admiral bildirib ki, layihə NATO-ya geniş ərazilərə nəzarət etməyə və təlimləri, qoşunların hərəkətini və döyüş əməliyyatlarını izləməyə imkan verəcək. Texnologiya Arktikanın monitorinqi üçün də istifadə oluna bilər.