İran səhəri belə açdı... - VİDEO

 08:46 13.06.2025     124

İsrail Hərbi Hava Qüvvələri gecədən bəri İrana beş zərbə dalğası endirib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib. Yüksək səviyyəli hərbçilər və nüvə alimləri həlak olublar. Xarici KİV-də olan məlumata görə, çox sayda yaralı var.

Zərər görən şəhərlər arasında Qeytariyyə, Tehran, Təbriz, Niavaran, Qərbi Tehran və Çitqar, Şərqi Tehran və Mehrabad kimi əyalətlər var.