İordaniya müharibəyə görə hava məkanını BAĞLADI

 09:59 13.06.2025     78

İordaniya İran və İsrail arasında gərginlik fonunda hava məkanını bağlayır.

Bu barədə Redaktor.az "Aljazeera"yə istinadən xəbər verir.

İordaniya Mülki Aviasiya İdarəsi ölkənin hava məkanının bütün uçuşlar üçün müvəqqəti bağlanmasını elan edib. Qurumun bəyanatında qeyd olunur ki, tədbirlər "regionda vəziyyətin kəskinləşməsi ilə bağlı mümkün risklər" səbəbindən qəbul edilib.