Yer kürəsində maqnit qasırğası başladı

Yer kürəsində əvvəllər proqnozlaşdırılmayan maqnit qasırğası başlayıb.
Redaktor.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası gözlənilməz orta güclü tufan barədə məlumat verib.
İlk geomaqnit pozuntuları Bakı vaxtı ilə saat 00:00-da qeydə alınıb, səbəbləri hazırda bəlli deyil.
Alimlər onu da bildiriblər ki, günəş küləyinin iyunun 14-nə kimi böyük tac dəliyinin Günəşə təsiri ilə güclənə bilər. Hələlik ekspertlər fırtınanın müddəti və gücü ilə bağlı proqnozlar verməsələr də, qeyri-sabit geomaqnit vəziyyət 2-3 gün davam edə bilər.
Aytəkin TOFİQQIZI