İran hücum edərsə, ABŞ İsraili müdafiə edəcək - Tramp

 10:48 13.06.2025     211

“İsrailin İrana hücumları barədə əvvəlcədən məlumatım var idi”​.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

İsrailin İrana hücumlarına görə Tehrandan cavab gözlədiyini qeyd edən Tramp, lazım gələrsə, İsraili müdafiə edəcəklərini vurğulayıb.

O bildirib ki, İran nüvə silahına sahib ola bilməz.

“Biz yenidən danışıqlar masasına qayıtmağa ümid edirik. İran tərəfdən bir neçə nəfər öldüyü üçün onlar danışıqlar masasında olmayacaq”, - Tramp qeyd edib.