İsrail Təbrizi də vurdu - YENİLƏNİB

İsrailin İranın Təbriz şəhərinə endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.
Redaktor.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
***
10:52
İsrailin İrana hücumları nəticəsində Təbrizdə 3 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Valiliyinin Böhran İdarəetmə Baş direktoru Məcid Fərşi bildirib.
O qeyd edib ki, İsrail Təbrizdə 10 nöqtəyə hücum edib. Zərbələr nəticəsində 3 nəfər ölüb.