"Aeroflot" Tehrana uçuşları ləğv ETDİ

Rusiyanın "Aeroflot" aviaşirkəti Yaxın Şərqdə münaqişənin eskalasiyası ilə əlaqədar Tehrana uçuşları ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aviaşirkət həmçinin İran yaxınlığında yerləşən ölkələrə də uçuş marşrutlarını dəyişir.
Dəyişən marşrutlara Dubay, Abu Dabi, Doha və Male daxildir. İndi uçuşlar İrandan yan keçməklə Pakistan hava məkanından həyata keçiriləcək.