"Rusiya ilə münasibətləri kəsmək məqsədimiz yoxdur"

“Ermənistan qarşısına Rusiya ilə münasibətləri pozmaq kimi bir məqsəd qoymur”.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyada çıxışı zamanı bəyan edib.
“Demişdim ki, yaxınlarda parlamentimiz Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul edib. Hazırda Aİ ilə çox sıx əməkdaşlığımız var. Amma digər tərəfdən, bizim Rusiya ilə münasibətləri kəsmək məqsədimiz yoxdur, çünki xarici siyasətimiz balanslaşdırılıb və bu balans qorunur. Bu da bizim strategiyamızdır”, - deyə Paşinyan iddia edib.
Qeyd edək ki, mart ayında Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini bütün oxunuşlarda qəbul edib. Bu qanunun qəbulundan sonra Ermənistanla Rusiya arasında gərginliyin daha da artmasına səbəb olan hadisələrdən biri kimi Moskvadan bir sıra yüksək vəzifəli şəxslər bəyan ediblər ki, İrəvan ya Avrasiya İqtisadi İttifaqını, ya da Avropa İttifaqını seçməlidir.
Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşularkən də Avropa İttifaqı eyni mövqe sərgiləmişdi (musavat.com).