İsrail İrana yeni aviazərbələr ENDİRDİ

İsrail Müdafiə Qüvvələri (IDF), hərbi hava qüvvələrinin İranda onlarla raket buraxılış qurğusuna və raketlərin saxlanıldığı yerlərə yeni avaizərbələr endirdiyini bəyan edib.
Redaktor.az bu barədə İsrail mediasına istinadla xəbər verir.
Məlumatda hələ ki, zərbələrin təfərrüatları açıqlanmır.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.