ABŞ İsrailin İrandakı əməliyyatının mümkün hədəflərini açıqladı

ABŞ administrasiyası hesab edir ki, İsrail öz əməliyyatını İranda hakimiyyəti dəyişmək şansı hesab edir.
Redaktor.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CNN telekanalı məlumat yayıb.
Eyni zamanda, Vaşinqtonun İranda hökuməti devirmək cəhdlərində İsrail dövlətinə dəstək verib-verməyəcəyi hələ də bəlli deyil. Telekanalın məlumatına görə, İsrail rəhbərliyi uzun müddətdir ki, bu ölkədə belə bir ssenarinin həyata keçirilməsi üçün müxtəlif variantları təhlil edir.
Bundan əvvəl İsrailin BMT- dəki daimi nümayəndəsi Denni Danon bəyan edib ki, yəhudi dövləti İranın təkcə nüvə proqramını deyil, ballistik raketlərin hazırlanmasına da son qoymaq niyyətindədir.
İyunun 13-də İsrail SEPAH-ın Tehrandakı qərargahına və İranın nüvə proqramının əsas obyektlərinə zərbələr endirib. Əməliyyat zamanı İranın Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri, SEPAH-ın rəhbəri Hüseyn Səlami və fövqəladə hallar komandanlığının rəhbəri Qulam Əli Rəşid öldürülüb.
Turan İSMAYI