Husilər İsraili raket atəşinə TUTDU

 21:44 13.06.2025     196

İsrail ordusu Yəməndəki “Ənsar Allah” hərəkatının üzvləri tərəfindən İsrailə çoxlu sayda raket atıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, İsrail ordusu raketlərin qarşısını almaq üçün müdafiə sistemlərini işə salıb.

Ordunun yaydığı məlumatda Qüdsdə sirenlərin səsləndiyi bildirilir.