4 ölkəyə uçuşlar 16 iyuna kimi dayandırıldı

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Türk Hava Yolları da daxil olmaqla, əlaqədar hava yolları şirkətlərinin 16 iyun 2025-ci il tarixinə qədər İran, İraq, Suriya və İordaniyaya uçuşlarını dayandırdığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Uraloğlu İsrailin İrana qarşı təşkil etdiyi hücumlarla bağlı təhlükəsizlik tədbirlərinə dair məlumat verib.
Sosial media hesabında etdiyi paylaşımda, Uraloğlu bildirib:
"13 iyun 2025 tarixində səhər saatlarında İsrailin İrana başlatdığı hava hücumları nəticəsində bölgədə təhlükəsizlik risklərinin artması səbəbilə İsrail, İran, Suriya və İraq hava məkanları müvəqqəti olaraq uçuşlara bağlanmışdır.
Bu çərçivədə yayımlanan NOTAM-lara əsasən, İsrail, Tehran və Bağdad hava məkanları uçuşlar üçün bağlanmışdır".
Kənan YUSİF