İran İsrailə yüzlərlə ballistik raket buraxdığını bildirdi - YENİLƏNİB

 22:17 13.06.2025     379

İran İsrail ərazisinə ikinci raket dalğasını başladıb.

Redaktor.az xəbər verir ki, İranın IRNA agentliyi raketlərin İsrailə doğru hərəkət etdiyini yazıb.

İsrail ordusu da İrandan yeni raket dalğasının yaxınlaşdığı ilə bağlı məlumat yayıb.

Qeyd olunur ki, İran İsrailə qarşı əməliyyatın adını “Həqiqi vəd-3” qoyub.

***

İran İsrailə yüzlərlə ballistik raket buraxıb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət agentliyi IRNA məlumat yayıb.

“İranın sionist rejimə sarsıdıcı cavabı başlayır. Bir neçə dəqiqə öncə sionist rejimin qəddar hücumuna qəti cavab əməliyyatı işğal olunmuş ərazilərə doğru yüzlərlə müxtəlif ballistik raketlərin buraxılması ilə başlayıb”, – məlumatda vurğulanıb.

***

İran İsrailə raket hücumuna başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilib ki, İran İsrailə cavab zərbəsi endirir.