İsrail ordusu pilotun əsir götürülməsini təkzib etdi

 23:31 13.06.2025     148

İsrail ordusu İran ərazisi üzərində qırıcı təyyarənin vurulması və İsrail pilotunun əsir götürülməsi ilə bağlı xəbərləri təkzib edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a ordunun mətbuat xidmətinin nümayəndəsi məlumat verib.

“İsrail ordusu qırıcı təyyarənin İran ərazisi üzərində vurulması ilə bağlı məlumatları, həmçinin pilotun əsir götürülməsi ilə bağlı məlumatları təkzib edir”, - agentliyin mənbəsi bildirib. 

Qeyd edək ki, İran ordusu İsrail qırıcısının vurulduğunu və qadın pilotun əsir götürüldüyünü bəyan edib.

Turan İSMAYIL