"İsrail İranın ballistik raket ehtiyatının əhəmiyyətli hissəsini məhv edib"

"İsrail artıq İranın ballistik raket ehtiyatının "əhəmiyyətli hissəsini" məhv edib".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.
"Son 24 saat ərzində yüksək səviyyəli hərbi komandirləri, yüksək səviyyəli nüvə fiziklərini, İslam rejiminin ən mühüm zənginləşdirmə obyektini və onun ballistik raket arsenalının əhəmiyyətli bir hissəsini çıxardıq. Daha çox şey gələcək", - hökumət rəhbəri bildirib.
Qeyd edək ki, İran ordusu İsrailə ərazisinə yüzlərlə ballistik raket atdığını elan edib. İlkin xəbərlərə görə, raketlər İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına dəyib. Bundan başqa Təl-Əvivdə 5 nəfərin öldüyü barədə məlumatlar yayılıb.
Turan İSMAYIL