İranın hücumu nəticəsində Təl-Əvivdə çox sayda yaralanan var

İranın raket zərbələri nəticəsində Təl-Əvivdə azı 41 nəfər xəsarət alıb.
Redaktor.az "Ynet" nəşrinə istinadla xəbər verir ki, bu barədə Milli Tibb Xidmətinin direktoru Eli Bin bildirib.
Onun sözlərinə görə, iki nəfərin vəziyyəti ağırdır, ikisi orta ağır, dördü yüngül-orta, 33 nəfərin vəziyyəti isə yüngüldür. Onlar hamısı qəlpə yarası alıblar.
İsrail polisi bildirib ki, hazırda mina təmizləyənlər raketlərin düşdüyü yerlərdə işləyirlər. Məlumata görə, Təl-Əvivin Maliyyə Mərkəzi, İsrail Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təl-Nof Hava Bazası, Hayfa bölgəsində bir neçə nöqtə, Qəzza sahilində qaz platforması zərbələrə məruz qalıb.