"İsrailin hücumları qarşısında İrandan təmkinli olmağa çağırışlar əsassızdır"

 00:32 14.06.2025     97

"İsrailin hücumları qarşısında İrandan təmkinli olmağa çağırışlar əsassızdır".

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib.

O, bu sözləri Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığında deyib.

Xatırladaq ki, iyunun 13-də İsrail İrana qarşı hücuma keçib. Hazırda İran ordusu İsrailə cavab zərbələri endirir.

Turan İSMAYIL